"Ürəyim onlarlardır" - Messidən Türkiyə və Suriya ilə bağlı paylaşım

İdman

 PSJ və Argentina millisinin üzvü Lionel Messi Türkiyə və Suriyaya dəstək olub.

O, bu barədə instaqram hesabında paylaşım edib.

Messi hər kəsi humanitar yardım üçün ianə etməyə çağırıb:

“Bu günlərdə Türkiyə və Suriyada zəlzələdən zərər görən minlərlə uşaq, onların ailələri var. Ürəyim onlarlardır. Humanitar yardım üçün ianə edin”.