"Məğlubiyyətə səbəb millinin arxayın oynaması oldu" - Baş məşqçi

İdman

Futbol üzrə Portuqaliya millisinin baş məşqçisi Fernando Santos komandanın Qətərdə keçirilən dünya çempionatını tərk etməsinə münasibət bildirib. 

Xalqxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçinin sözlərinə görə, məğlubiyyətə səbəb millinin arxayın oynaması olub. 

"İlk hissədə çətinliklər yarandı, oyuna daxil olmağımız uzun çəkdi. Uğursuz olduq, amma oyunçular çox çalışdılar", - Santos deyib. 

Onun sözlərinə görə, futbolçular tam gücü ilə oynaya bilməyib. Mütəxəssis əlavə edib ki, dünya çempionatını tərk etmək ona pis təsir edir.

Qeyd edək ki, dekabrın 10-da Portuqaliya turnirin 1/4 finalında Mərakeşə 0:1 hesabı ilə məğlub olub.