"Qarabağ"la oyun öncəsi "Frayburq"da ciddi İTKİLƏR

İdman

 
"Frayburq”un baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”la keçiriləcək oyun öncəsi açıqlama verib.

Almaniyalı mütəxəssis komandada bəzi itkilərin olduğunu açıqlayıb:

"Bəzi itkilərimiz də var. Manuel Quldo, Conatan Şmidt kimi oyunçular Bakıya getməyəcək. Azərbaycanda yüz faiz gücümüzü ortaya qoyacağıq ki, qələbə qazanaq".

Qeyd edək ki, "Qarabağ" - "Frayburq" matçı noyabrın 3-də saat 21:45-də başlayacaq.