Azərbaycan birinciliyinin ilk qalibləri bəlli oldu
- 1-10-2022, 19:00
- 796
Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında baş tutan turnirdə ilk olaraq qızlar mübarizəyə başlayıb.
20 yaşadək idmançıların mübarizəsində Samirə Rzayev (45 kq), Selcan Qarayeva (49 kq), Gülcahan Əliyeva (55 kq), Fazilə İmanova (59 kq), Fidan Mirzəzadə (71 kq), Rahilə Hüseynzadə (76 kq), 23 yaşa qədər qızlar arasında isə 55 kq çəki dərəcəsində Dinara İbrahimli birinci olub.