“Qarabağ”ın “Ferensvaroş”la oyununun vaxtı bilindi

İdman

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferensvaroş”la ilk oyununun vaxtı müəyyənləşib.

 Azərbaycan çempionu Macarıstan təmsilçisini avqustun 3-də qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Komandalar arasında Macarıstandakı səfər görüşü avqustun 9-da keçiriləcək.