“Qarabağ” ÇL-də növbəti oyununa çıxır

İdman

 
Qarabağ bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk qarşılaşmasına çıxacaq.

İsveçrə “Sürix”i ilə Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq matç saat 20:00-da başlayacaq.

Oyunu İrfan Peltonun başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək. Ölkə birincisinin heyətində Qara Qarayev oyunu buraxacaq. Qonaqlarda isə itki yoxdur.

Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Polşa “Lex”ini iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb (0:1; 5:1).

Cavab oyunu iyulun 27-də keçiriləcək.