İti xəstələndiyinə görə “Qarabağ”la oyuna gəlməyəcək
- 17-07-2022, 16:20
- 744
Xalqxeber.az qol.az-a istinadən xəbər verir ki, Kanepa itinin əməliyyat olunduğuna görə “Sürix“in səfər matçına gedə bilməyəcək.
Kanera bununla əlaqədar deyib: “Mən evdə qalacam. İtlərimdən biri belindən əməliyyat olunub. İstəmirəm ki, başqa adam ona günlərlə baxsın. Mən onun yanında olmaq istəyirəm. Ona görə də Bakıya səfər etməyəcəm”.
Qeyd edək ki, “Qarabağ” – “Sürix” oyunu iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.