Ronaldo İsveçrə ilə oyunda meydana çıxmayacaq

İdman

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo UEFA Millətlər Liqasında İsveçrə ilə oyunda iştirak etməyəcək.

Bu barədə Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş keçirdiyi mətbuat konfransında deyib.

Bundan əlavə, Rafael Qerreyro və Joao Moutinyo da matçda iştirak etməyəcək. Mütəxəssis hesab edir ki, heyətə 26 futbolçunun daxil edilməsinin mənası yoxdur.

Qeyd edək ki, Portuqaliya - İsveçrə oyunu bu gün Cenevrədəki "Stad de Genève"də keçiriləcək. Start fiti saat 22:45-də səslənəcək.
Portuqaliya A liqasının ikinci qrupunda üç oyundan sonra 7 xalla turnir cədvəlinə başçılıq edir. İsveçrəlilər 0 xalla sonuncu pillə qərarlaşıblar.