İtaliya Almaniya ilə heç-heçə etdi, Türkiyə qalib gəldi

İdman

 
UEFA Millətlər Liqasının qrup mərhələsində I tura yekun vurulub.

Sonuncu oyun günündə A, B və C Liqalarında oyunlar keçirilib.

A Liqasının 3-cü qrupunda son Avropa çempionu İtaliya Almaniyanı qəbul edib. Görüş 1:1 hesabı ilə yekunlaşıb. 

C Liqasının 1-ci qrupunda isə Türkiyə Farer Adalarına 4:0 hesabı ilə qalib gəlib.