Üç futbolçu Azərbaycan millisindən QOVULDU
- 4-06-2022, 14:33
- 355
Üç futbolçu – Xəyal Fərzullayev (“Sumqayıt”), Qurban Səfərov (“Şamaxı”) və Elcan Əbilov (“Neftçi”) - heyətdən kənarlaşdırılıb.
Onlar nizam-intizam qaydalarını pozduqlarına görə baş məşqçi Miloş Velebitin qərarı ilə yığmadan qovulublar. Əvəzində “Qəbələ” klubunun üzvü – qapıçı Məmməd Muradov heyətə cəlb olunub.
Qeyd edək ki, U-19 iyunun 7-də və 10-da Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoxlama oyunu keçirəcək.