Parakarateçimiz Avropa çempionu oldu
- 29-05-2022, 19:40
- 461
Parakarate üzrə görmə qüsurlular kateqoriyasında qadınlar arasında Emiliya Mitilinova qızıl medala layiq görülüb.
Eyni yarışda kişilər arasında Nihat Məmmədzadə ikinci yeri tutub.
Komanda hesabında da yığma komandalarımız mükafatçılar sırasında yer alıblar.
Kumite yarışlarının finalına yüksələn idmançılarımız Avropa ikincisi olublar, kata yarışında isə karateçilərimiz bürünc medala layiq görülüblər.