İlkay "Barselona" və "Real"ın HƏDƏFİNDƏ
- 21-05-2022, 19:00
- 606
Xalqxeber.az "Marca" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı türk əsilli yarımmüdafiəçi ilə "Barselona" və "Real Madrid" maraqlanır.
Gündoğanın mövsümün sonunda "şəhərlilər"lə vidalaşacağı gözlənilir. Onun klubla sözləşməsi 2023-cü ildə başa çatmalıdır.
Qeyd edək ki, İlkay Gündoğan cari mövsüm Mançester təmsilçisində 42 oyuna çıxıb, 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2016-cı ildən "Mançester Siti"nin formasını geyinir.