Rusiya Müdafiə Nazirliyinin obyektində YANĞIN

İdman

Rusiya Müdafiə Nazirliyinin Belqorod vilayətindəki obyektinin ərazisində yanğın baş verib. 

Bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov özünün "Telegram" kanalında məlumat verib.

"Üç bələdiyyənin - Borisov və Belqorod rayonlarının və Yakovlevski şəhər dairəsinin sərhədində Rusiya Federasiyası Müdafiə Nazirliyinin obyektlərindən birinin ərazisində yanğın baş verib. Qurbanlar və dağıntılar barədə məlumat dəqiqləşdirilir", - qubernator bildirib.