Messi dördüncü dəfə “Qızıl buts”a sahib çıxdı
- 29-05-2017, 11:44
- 60 069
Məlumata görə, mükafat Avropa liqalarında rəqib qapılarına ən çox qol vuran futbolçuya verilir.
Argentinalı hücumçu ötən mövsüm İspaniya çempionatında 37 dəfə fərqlənib. İkinci yerdə qərarlaşan “Sportinq”in futbolçusu Bas Dost 34, üçüncü pillənin sahibi Dortmundun “Borussiya” klubunun oyunçusu Pyer-Emerik Obameyyanq isə 31 dəfə rəqib qapılarına yol tapıb.
Qeyd edək ki, L.Messi “Qızıl buts” mükafatını dördüncü dəfədir ki, qazanır. Hücumçu bundan əvvəl 2010, 2012 və 2013 illərdə Avropanın ən məhsuldar futbolçusu olub.