“Qəbələ” “Qarabağ”a, “Zirə” “Neftçi”yə qarşı

İdman

 
Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Açılış matçında “Qəbələ” doğma meydanda “Qarabağ”ı qəbul edəcək.

Günün digər görüşündə isə “Zirə” və “Neftçi” üz-üzə gələcək.

Azərbaycan Kuboku, yarımfinal

İlk oyunlar

20 aprel (çərşənbə)

17:30. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu.

20:00. “Zirə” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, cavab oyunları aprelin 29-da gerçəkləşəcək.