Güləşdən İslamiadada ilk qızıl medal
- 17-05-2017, 20:34
- 79 852
Məlumata görə, birincilik uğrunda mübarizədə güləşçimizin rəqibi Qırğızıstan idmançısı Uzur Juzupbekov olub.
Gərgin keçən mübarizədə idmançımız rəqibinə 5:0 hesabı ilə qalib gələrək İslamiadada yunan-Roma güləşindən Azərbaycana ilk qızıl medalı qazandırıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.