Bayraqdar bu şəxs olacaq

İdman

Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan yığmasının bayrağını Rüstəm Orucov daşıyacaq.
 
Bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.
 
O bildirib ki, keçən Olimpiadada qızıl medal alan idmançılardan bu ilki yarışa qatılan olmayacağı üçün gümüş medalçı Orucov bayraqdar olacaq: “Rüstəm bu baxımdan ideal seçimdir”.