Prezidentlər Türkiyə-Uels matçında - FOTO

İdman

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Avropa çempionatının A qrupunun Türkiyə - Uels matçını izləyir.

Qarşılaşma Bakı Olimpiya Stadionunda (BOS) keçirilir.
Qeyd edək ki, Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.