"Neftçi"də biabırçılıq: texniki məğlubiyyət veriləcək
- 23-04-2017, 20:14
- 54 210
Belə ki, matça start heyətində 5 yerli futbolçu ilə başlayan paytaxt klubu Ruslan Abışovun Uqo Barqasla əvəzlənməsindən sonra meydanda 4 azərbaycanlı oyunçu ilə qalıb. Bu isə reqlamentin pozulması deməkdi. Reqlamentə əsasən, əcnəbi oyunçu limitinin pozan komanda texniki məğlubiyyətlə cəzalandırılır.
Oyundan sonra açıqlama verən Elxan Abdullayev bunu texniki səhv adlandırıb: "Başa düşmürəm, oyun başlamamış "istefa" qışqırmaq nə deməkdi? Axı, oyun başlamamış komandanı dəstəkləməyə gələn insanlar bu cür hərəkət etməz".
Qeyd edək ki, oyun 1:1 hesabı ilə yekunlaşıb.