Rafael Ağayev çempion oldu
- 17-04-2017, 13:55
- 57 975
Mərakeşdə keçirilən “Karate1” yarışında iştirak edən təmsilçimiz ardıcıl 6 yarışda rəqiblərini məğlub edib.
75 kiloqram çəki dərəcəsində karatenin kumite növü üzrə çıxış edən idmançımız finalda Səudiyyə Ərəbistanından olan Raef Alturkistani ilə qarşılaşıb.
Təmsilçimiz rəqibini 2:0 hesabı ilə məğlub edərək qızıl medalın sahibi olub.