Azərbaycan millisinin baş məşqçisi istefaya GÖNDƏRİLDİ

İdman

Azərbaycanın əsas milli futbol komandasının xorvatiyalı baş məşqçisi Nikola Yurçeviç istefaya göndərilib.

Bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.

Xatırladaq ki, N.Yurçeviç ötən ilin fevralında millimizə baş məşqçi təyin olunmuşdu. Yığmamız onun rəhbərliyi altında AÇ-2020-nin seçmə mərhələsini cəmi 1 xalla başa vurub.