AFFA bu futbolçuya 1 milyon dollar və ev verib - ŞOK İDDİA
- 25-03-2017, 15:29
- 2 371
Nəşr Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış 17 yaşlı futbolçunun millimizi seçməsinin təfərrüatlarını açıqlayıb.
İddiaya görə, AFFA buna yüksək məbləğdə pul sayəsində nail olub. Daha dəqiqi, assosiasiyanın Renata 1 milyon dollar pul və ev verdiyi iddia edilib.
Həmkarlarımız yazır ki, istedadlı futbolçunun Almaniyada daha yaxşı karyerası ola bilərmiş. Amma o, pula görə Azərbaycan millisini seçib: "Renat Dadaşov 1 milyon dollar və ev qarşılığında Azərbaycan millisini seçib. “Leyptsiq”da ayına 2500 avro alan futbolçu böyük pullar qazanmaq üçün Azərbaycan millisində oynamağa razılıq verib".
Qeyd edək ki, "Ayntraxt"ın (Frankfurt) U-19 komandasında çıxış edən Renat Dadaşov "DÇ-2018"in seçmə mərhələsində sabah baş tutacaq Azərbaycan - Almaniya oyunu üçün millimizin heyətinə cəlb olunub.