Elxan Məmmədov vəzifəsindən azad olunur: Ərizə yazmaq tapşırıldı
- 5-07-2019, 22:51
- 2 210
Komanda.az-ın əldə etdiyi məlumata görə, insanların həm stadionda, həm də sosial şəbəkələrdə “istefa” tələbi nəticəsini verib. Elxan Məmmədova istefa ərizəsini yazmaq tapşırılıb.
Bəs baş katib postunu nə vaxt tərk edə bilər? Məsələ burasındadır ki, azarkeşlərin (bura xeyli sayda idman jurnalisti də daxildir) “istefa” şüarları dövlət səviyyəsində narahatlıq yaradıb. Məlum olduğu kimi, sosial şəbəkələr dövlət qurumları tərəfindən daim təqib olunur, izlənilir və istənilən kütləvi narazılığa reaksiya verilir.
Elxan Məmmədovun həm stadionda azarkeşlər tərəfindən, həm də sosial şəbəkələrdə istefasının tələb olunması da (bunların üzərinə futbol üzrə milli komandaların bərbad çıxışlarını da gəlin) diqqətdən qaçmayıb. Sadəcə, “istefa” şüarlarından dərhal sonra baş katibin postundan uzaqlaşdırılması belə demək mümkünsə, həssas məsələ olduğu üçün, onun istefasının daha sakit zamanda baş verməsi lazım bilinib.
Yaxın zamanlarda Elxan Məmmədovun AFFA-nın baş katibi postundan getməsi xəbərinin veriləcəyi gözlənilir.