Mini futbol üzrə yarışlar başa çatdı
- 25-06-2019, 10:09
- 2 002
Belə yerlərdən biri də 2 il əvvəl Səbail rayonu, 20-ci yaşayış sahəsində (Su İdmanı Sarayı ilə üzbəüz) yaradılmış İdman və İstirahət parkıdır. Parkda bütün yaş qruplarına aid vətəndaşların idmanla məşğul olması üçün hər cür şərait yaradılıb. Burada süni örtüklü futbol meydançası, 2 basketbol, voleybol meydanları yaradılıb, tennis stolları qoyulub, müxtəlif idman qurğuları, uşaqlar üçün skeyt-bort zolağı qurulub. Ərazidə yaşayan sakinlər və xüsusilə də parka yaxın orta məktəblərin şagirdləri gündəlik olaraq parkda idmanla məşğul olur, məşq edirlər.
Parkda həm də rəsmi yarışların keçirilməsi üçün müvafiq şərait yaradılıb. Belə ki, bu parkda Milli Qurtuluş Günü ilə əlaqədar Səbail rayoununun 49, 51, 91, 162, 163 203 və 236 nömrəli orta məktəblərinin şagirdlərindən təşkil olunmuş komandalar arasında mini-futbol üzrə turnir təşkil olunub.
Respublikanın fəxri bədən tərbiyəsi və idman işçisi, respublika dərəcəli hakim Səfər Məmmədzadənin hakimlik etdiyi turnirə ötən gün yekun vurulub və final oyununda “Tərlan” komandası qalib gəlib.
Qaliblərə və mükafatçılara diplom və medallar təqdim olunub.
Məlumat üçün: İsrafil Kərimov – Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətinin rəhbəri
Tel: 050 322-34-83, 492-66-33-iş,
bşih-metbuat-xidmeti@mail.ru