Millimiz qələbə ilə başladı - II Avropa Oyunlarında
- 21-06-2019, 16:55
- 2 165
Tayfur Əliyev (56kq) 1/16 finalda Bolqarıstan təmsilçisi Boyan Asenovla qarşılaşıb. 56 kq çəki dərəcəsində yarışan Əliyev rəqibini 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
O, 1/8 finalda Ukrayna təmsilçisi Mukola Butsenko ilə qarşılaşacaq. Görüş iyunun 24-də keçiriləcək.
Daha bir boksçumuz II Avropa Oyunlarında ilk döyüşünü keçirib. 91 kq çəki dərəcəsində çıxış edən Rahil Məmmədli bolqarıstanlı Radoslav Panteleyevlə qarşılaşıb.
Görüş Azərbaycan idmançısının məğlubiyyəti ilə nəticələnib – 0:5.
Qeyd edək ki, ilk yarış günündə boks, kamandan oxatma və basketbol (3X3) üzrə yarışlar olacaq.