Makqreqor Həbib Nurməhəmmədovun arvadını təhqir etdi - FOTO
- 3-04-2019, 14:01
- 2 572
İrlandiyalı döyüşçü rəqibinin həyat yoldaşı alçadaraq belə yazıb: “Sənin arvadın bir dəsmaldır, dostum”.
Səhv etdiyini anlayan MakQreqor 15 dəqiqə sonra paylaşımını silib. Ancaq bu paylaşımın mətbuatın gündəminə düşməsinə mane ola bilməyib. MakQreqor ardınca “Revanş matçına çıxmaqdan qorxma sən, kiçik siçan. Sən hər zaman sənə əmr ediləni edirsən” sözlərini paylaşıb.
Qeyd edək ki, Habib Nurməhəmmədov MakQreqorun karyerasını bitirməsi haqqında bu ifadələri işlətmişdi:
“İdmanı buraxdığını düşünmürəm. Konor "Mən səndən ayrılıram" deyib hər zaman geri qayıdan qısqanc qadınlara bənzəyir” deməsiylə başlayıb.
Xatırladaq ki, Həbib Nurməmmədov dünyaca məşhur MakQregoru qəfəs döyüşündə nokaut etdikdən sonra rinqdən tullanaraq və İrlandiyalı döyüşçünün heyətinə hücum etmişdi.