“Quska”nın “podelnik”ləri azadlığa buraxıldı
- 2-04-2019, 15:49
- 1 244
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
DSX əməkdaşları H.İbrahimov, Z.Quliyev və P.Kazımovun vəkilləri vəsatət verərək onların ev dustaqlığına buraxılmasını istəyiblər. Məhkəmə bu istəyə “hə” deyib və onlar zaldan azadlığa buraxılıblar.
Proses aprelin 9-da davam etdiriləcək.
Qeyd edək ki, iş üzrə 28 nəfər zərərçəkmiş var.