Azərbaycanlı iş adamı Türkiyədə otelə 88 min “atdı”
- 29-01-2019, 14:56
- 1 184
Kocaeligazete.com-a istinadən xəbər veririk ki, təlim-məşq toplanışında olan klub bir neçə gün əvvəl məskunlaşdığı “Kervansaray Otel”dən qovulub. Otel Antalya toplanışı üçün 88 min TL xərcləri olan sənədlərə imza atdırıb.
Klub bir müddət hazırlıq keçsə də, məbləğ ödənilməyib. Məlumatda qeyd edilib ki, Rauf İsmayılov maddi məsələni həll edə bilməyib. Buna görə də komandanı oteldən qovublar. “Sarı-yaşıllar” toplanış çərçivəsində “Amedspor”la yoxlama görüşü keçirə bilməyib. Məhz bu məsuliyyətsizliyə görə klubun azarkeşləri daha da hiddətlənib. Buna görə də fanatlar bir müddətdir ki, Rauf İsmayılovu istefaya çağırırlar.
Qeyd edək ki, Rusiyada “Simurq Turizm” şirkətinin rəhbəri olan İsmayılov ötən ilin sonlarında klubu alıb. Komandanın baş məşqçisi isə Asim İbrahimovdur.