“Reynaldonu hələ də transfer etmək istəyirik” - “Adanaspor”un məşqçisi
- 16-01-2017, 19:57
- 1 516
xalqxeber.az-ın məlumatına görə, futbolçunun meneceri sonradan Superliqa təmsilçisinin lazım olan pulu vermədiyini bildirsə də, “Adanaspor”un köməkçi məşqçisi Səlçuk Ərdoğan saytımıza açıqlamasında bunu təkzib edib.
O bildirib ki, Reynaldonu hələ də transfer etmək niyyətindədirlər: “Biz Reynaldonu transfer etmək istəyirik. Hələ də danışıqlar davam edir. Lazım olan pulu vermədiyimiz haqqında gəzən söz-söhbətlər düzgün deyil. Hələ ki, bu keçid dəqiqləşməyib”.