Fələstindən Messiyə çağırış: Gəlmə!

İdman

Fələstin Futbol Federasiyasının rəhbəri Cibril Racub ərəb və müsəlman azarkeşləri İsarillə yoldaşlıq oyununda iştirak edəcəyi təqdirdə “Barselona” və Argentina yığmasının hücumçusu Lionel Messinin fotolarını və maykalarını yandırmağa çağırıb.

Racub bu barədə Ramallada Argentina nüməyəndələrinin ofisinin qarşısında nümayişdən sonra bəyan edib.

Fələstin Futbol Federasiyasının başçısı Argentina tərəfini İsraillə oyunu ləğv etməyi tələb edib.

“Messi, gəlmə. İrqçiliyə bəraət qazandırma”, - deyə o bildirib.

Qeyd edək ki, İsrail və Argentina milli komandaları arasında yoldaşlıq görüşü iyunun 9-da Qüdsdə keçiriləcək.