"Keşlə" saxlanılan futbolçularla bağlı bəyanat yaydı
- 30-11-2017, 12:15
- 2 005
Klub prezidenti Zaur Axundov futbolçuların saxlanıldığını təsdiq edib. Klub isə məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatı olduğu kimi təqdim edirik:
"Keşlə" Peşəkar Futbol Klubunun rəhbərliyi bildirir ki, əsas komandanın futbolçuları - Nizami Hacıyev və Mirhüseyn Seyidov Azərbaycan Premyer Liqası çərçivəsində keçirilmiş son 5-6 qarşılaşmada danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələrin olmasına görə, 4 gün öncə onlarla imzalanmış müqaviləyə rəsmən xitam verilmişdir".