Şahmat millimizdən növbəti qələbə - İkinci pilləyə yüksəldik
- 5-11-2017, 17:02
- 61 472
Azərbaycan şahmat millisinin bu turdakı rəqibi turnirdə ikinci pillədə olan Macarıstan kollektivi olub.
Şahmatçılarımız gərgin keçən matçdan 3-1 qalib ayrılmağı bacarıb. Arkadi Naydiç və Rauf Məmmədov rəqiblərini məğlub ediblər. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov isə keçirdiyi oyunlardan bərabərliklə ayrılıblar.
Beləliklə, xallarını 11-ə yüksəldən komandamız 10 xala malik Macarıstanı geridə qoyaraq, 2-ci pilləyə qalxıb.
Millimizin növbəti rəqibi 12 xalla lider olan Rusiya şahmatçıları olacaq.