Namiq Əliyev işdən çıxarıldı, Sahib Ələkbərova yeni vəzifə verildi

İdman

Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, federasiyanın prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə Federasiyanın I vitse-prezidenti Namiq Əliyev tutduğu vəzifədən azad edilib.

Bu vəzifənin icrası müvəqqəti olaraq Ələkbərov Sahib Nurəddin oğluna həvalə edilib.

Qeyd edək ki, S.Ələkbərov həm də Azərbaycan Velosiped İdmanı Federasiyasının I vitse-prezidentidir.