Rəşad Sadıqov karyerasını başa vurur
- 2-10-2017, 10:29
- 36 586
“Futbol+”a istinadən xəbər veririk ki, Sadıqov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 5-də Çexiya millisinə qarşı oyunda sonuncu dəfə yığma komandamızın formasını geyinəcək.
Qeyd edək ki, Rəşad Sadıqov 2001-ci ildən Azərbaycan milli komandasının formasını geyinir. O, meydana çıxdığı 110 oyunda 5 dəfə rəqib qapılarına yol tapmağı bacarıb.