İlham Əliyev voleybol üzrə milli komandamızın oyununa baxır

İdman

Sentyabrın 25-də Azərbaycanda və Gürcüstanda təşkil edilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində “A” qrupunda Azərbaycan-Almaniya görüşünə start verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxır.
Bu oyunun nəticəsində “A” qrupundan dörddəbir finala birbaşa yüksələn komanda müəyyənləşəcək.
Hazırda Azərbaycan milli komandası 6 xalla qrupda birinci sıradadır. Almaniya yığması isə 4 xalla üçüncü sıradadır.