“Qarabağ” vətənə döndü
- 13-09-2017, 15:05
- 53 993
Ötən gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində səfərdə İngiltərə çempionu “Çelsi” ilə qarşılaşan təmsilçimiz bu gün Bakıya dönüb.
Londondan birbaşa reyslə qayıdan komanda 10:00-da paytaxta çatıb. Əsas komanda ilə birgə səfərə çıxan Ağdam klubunun U-19 kollektivi də birgə qayıdıb.
Qeyd edək ki, “Qarabağ”ın əsas komandası “Çelsi”yə 0:6, UEFA Gənclər Liqasında mübarizə aparan U-19 isə 0:5 hesabıyla uduzub.