"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

İdman

 Cənubi Koreya dünyanın ən sürətlə böyüyən silah təchizatçılarından birinə çevrilib.
Bu barədə "Politico" nəşri Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına istinadən məlumat yayıb.
Məqalədə qeyd olunur ki, Cənubi Koreya dünyanın doqquzuncu ən böyük silah təchizatçısı olub və ən sürətlə böyüyən silah ixracatçıları arasındadır.
Hesabata əsasən, Cənubi Koreyanın dörd ən böyük müdafiə şirkətinin – "Hanwha Group", "Hyundai Rotem", "LIG Nex1" və "Korea Aerospace Industries"in birləşmiş gəliri bu il təxminən 37 milyard dollara çata bilər ki, bu da 2021-ci ilin rəqəmindən təxminən dörd dəfə çoxdur.
Bundan əlavə, Cənubi Koreya ABŞ-dən sonra Avropada NATO üzv ölkələrinə ikinci ən böyük silah təchizatçısı olub.