“Qarabağ” Londona nə vaxt gedir?
- 6-09-2017, 13:24
- 56 780
Təmsilçimiz sentyabrın 10-da Heydər Əliyev adına hava limanından çarter reysi ilə yola düşəcək. Təyyarədə əsas komandadan savayı “Qarabağ”ın 19 yaşlıları da yer alacaq. “Atlılar” matçdan dərhal sonra vətənə qayıdacaq.
Qeyd edək ki, sözügedən matç Bakı vaxtı ilə 22:45-də start götürəcək.