Azərbaycan Kuboku: Bu gün ilk finalçı bəlli olacaq
- 21-04-2026, 09:36
- 2 279
Yarımfinalın cavab oyununda "Turan Tovuz" "Zirə"nin qonağı olacaq.
Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda, saat 19:00-da start götürəcək. Görüşün baş hakimi Əli Əliyev olacaq.
İlk görüşdə "Zirə" iki cavabsız qolla qalib gəlib.
Xatırladaq ki, yarımfinal mərhələsinin digər cavab matçı aprelin 22-də keçiriləcək. "Sabah" "Qarabağ"ı (ilk oyun - 2:2) qəbul edəcək.