Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşir
- 18-04-2026, 10:14
- 1 596
İlk olaraq üçüncü yer uğrunda qarşılaşma keçiriləcək.
Saat 13:00-da "Neftçi" və "Murov Az Terminal" komandaları üz-üzə gələcək.
Saat 16:00-da final qarşılaşması baş tutacaq. "Xilasedici" və "Ordu" münasibətlərə aydınlıq gətirəcəklər. Bütün görüşlər Gənclər və İdman Nazirliyinin Voleybol mərkəzində təşkil olunacaq.