Qrupda vəziyyətimiz necədir?
- 4-09-2017, 12:43
- 60 662
Ardıcıl 4 dəfə məğlub olan yığmamız bu gecə tilsimi qıra bilər.
Qeyd edək ki, komandamız qalib gəlməklə 5-ci yeri 3-cüyə dəyişə bilər. İki pillə yüksəlməyimiz, həm də rəqiblərimizdən asılıdır. Belə ki, Norveç Almaniya ilə oyunda xal itirməli, Çexiya isə Şimali İrlandiyaya uduzmalıdır.
Hazırda 7 xalla Azərbaycan millisi C qrupunda 5-ci yerdədir, sonuncu pillədə bugecəki rəqibimiz San Marino qərarlaşıb. Qrupun lideri isə 21 xalla Almaniyadır.