“Fənərbaxça” prezidenti Sadettin Saranın narkotik testi pozitiv çıxıb
- 24-12-2025, 12:00
- 1 076
“Fənərbaxça” klubunun prezidenti Sadettin Saranın saç nümunələrində narkotik testi pozitiv nəticə göstərib.
Saranın qan, sidik və dırnaq nümunələrində isə test nəticələrinin neqativ olduğu müəyyən edilib.
Qeyd edək ki, "narkotik maddələr təmin etmək" və "narkotik maddələrin istifadəsinə kömək etmək" ittihamları ilə üzləşən Saran Prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılmışdı.(Apasport.az)