Ronaldo Ağ Evdə - Foto
- 19-11-2025, 09:14
- 866
Ronaldo rəsmi şam yeməyinin xüsusi qonaqları arasında olub.
Tədbirdə, həmçinin “Tesla”nın baş direktoru İlon Mask və “Apple”ın baş direktoru Tim Kuk da iştirak edib.
“Oğlum Ronaldonun böyük fanatıdır. Barron onunla görüşdü və düşünürəm ki, indi mənə bir az daha çox hörmət edir, çünki səni onunla tanış etdim. Burada olduğun üçün təşəkkür edirəm, bu, bizim üçün şərəfdir”, - Tramp qeyd edib.
Ronaldo da qarşılıqlı olaraq Trampa rəğbətini ifadə edib və ABŞ prezidentinin “dünyanı dəyişdirə biləcək şəxslərdən biri” olduğunu bildirib.