"Qarabağ" rəqibləri müəyyənləşdi: kimlər gəlir? (SİYAHI)
- 25-08-2017, 09:16
- 91 894
Belə ki, bu gecə "Qarabağ"ın da qrupdakı rəqibləri müəyyənləşib. Azərbaycan çempionu turnirin II təsnifat mərhələsində Gürcüstanın "Samtredia" və III təsnifat mərhələsində Moldovanın "Şerif" klublarını mübarizədən kənarlaşdırdıqdan sonra "play-off"da Danimarka "Kopenhagen"inindən üstün olub. Bakıdakı ilk matçda (1:0) qələbə qazanan "Qarabağ" cavab görüşündə uduzsa da (1:2), səfər qolu sayəsində qrupa vəsiqə qazanıb.
"Qarabağ" C qrupuna düşüb. Azərbaycan çempionu bu mərhələdə İngiltərənin "Çelsi", İspaniyanın "Atletiko" və İtaliyanı n "Roma" klubları ilə mübarizə aparacaq.
Qeyd edək ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında əsas komandanın rəqibləri ilə qarşılaşacaq.
Çempionlar Liqası
Qrup mərhələsi
A qrupu
Benfika (Portuqaliya)
Mançester Yunayted (İngiltərə)
Bazel (İsveçrə)
ÇSKA (Moskva, Rusiya)
B qrupu
Bavariya (Almaniya)
PSJ (Fransa)
Anderlext (Belçika)
Seltik (Şotlandiya)
C qrupu
Çelsi (İngiltərə)
Atletiko (İspaniya)
Roma (İtaliya)
Qarabağ (Azərbaycan)
D qrupu
Yuventus (İtaliya)
Barselona (İspaniya)
Olimpiakos (Yunanıstan)
Sportinq (Portuqaliya)
E qrupu
Spartak (Moskva, Rusiya)
Sevilya (İspaniya)
Liverpul (İngiltərə)
Maribor (Sloveniya)
F qrupu
Şaxtyor (Ukrayna)
Mançester Siti (İngiltərə)
Napoli (İtaliya)
Feyenord (Hollandiya)
G qrupu
Monako (Fransa)
Portu (Portuqaliya)
Beşiktaş (Türkiyə)
Leypsiq (Almaniya)
H qrupu
Real (İspaniya)
Borussiya (Dortmund, Almaniya)
Tottenhem (İngiltərə)
APOEL (Kipr)