Alim Nəbiyevin MMA-da debütü uğurlu alınıb
- 14-09-2025, 10:30
- 994
Bakıda keçirilmiş yarışda onun rəqibi iranlı Nezhad Vahid olub.
Döyüşün taleyi birinci raundda həll olunub. A.Nəbiyev rəqibini nokautla məğlub edərək, MMA karyerasına qələbə ilə start verib.
Qeyd edək ki, A.Nəbiyev növbəti dəfə oktyabrın 25-də Batumidə keçiriləcək "Grand Bellagio" turnirində rinqə çıxacaq.