"Fənərbağça" və "Beşiktaş"ın oyunları təxirə salına bilər
- 5-08-2025, 12:26
- 681
Avrokuboklarda çıxış edən komandalar həftəsonundakı matçların başqa tarixdə reallaşmasını istəyirlər.
Bunlar "Fənərbağça" və "Beşiktaş"dır.
"Fənərbağça" artıq bununla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) rəsmi məktub göndərib. "Beçiktaş"ın isə TFF-yə müraciəti gözlənilir. Qurum qərarını çərşənbə günü açıqlayacaq.
Qeyd edək ki, "Fənərbağça" UEFA Çempionlar Liqasının, "Beşiktaş" Konfrans Liqasının təsnifat mərhələsində çıxış edir. "Fənərbağça" Superliqanın I turunda evdə "Alanyaspor"la, "Beşiktaş" isə səfərdə "Kayserispor"la qarşılaşmadır.