Portuqaliya klubunun futbolçuları üzərində Dioqu Jotanın təsviri olan forma ilə çıxış edəcəklər
- 3-08-2025, 16:00
- 410
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Formaların üzərində Dioqu Jota və onun qardaşı Andrenin şəkilləri yerləşdirilib. Jota futbolçu karyerasına (2005–2013-cü illər) “Qondomar”ın akademiyasında başlayıb.
Qeyd edək ki, D.Jota iyulun 3-də avtomobil qəzası nəticəsində 28 yaşında dünyasını dəyişib. O, 2020-ci ildən İngiltərənin "Liverpul" klubunda çıxış edirdi. O, Premyer Liqa təmsilçisinin formasında meydana çıxdığı 182 matçda 65 qol və 26 məhsuldar ötürmə müəllifi olub.