“Marca” “Qarabağ”dan üzr istədi - Mətn dəyişdirildi

İdman

Dünən İspaniyanın məşhur “Marca” nəşrinin “Qarabağ” haqqında yalan məlumat yaydığı haqqında xəbər vermişdik.

Nəşr Ağdam klubunu Qondarma Dağlıq Qarabağ Respublikasının ərazisi kimi təqdim etmişdi.

“Marca” artıq yaydığı yalan informasiyaya görə “Qarabağ”dan üzr istəyib.

Nəşrdən kluba məlumat verilib ki, yazılan mətn artıq dəyişdirilib.