Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb
- Bu gün, 11:29
- 53
Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda braziliyalı mütəxəssis Rafael Petri ilə 1 mövsümlük müqavilə imzalayıb.
44 yaşlı baş məşqçi 2023/2024 mövsümündə Peru təmsilçisi “Alianza Lima” klubunu ölkə çempionu edib. Bu, klubun 31 ildən sonra qazandığı ilk çempionluq olub.
Rafael Petri karyerası ərzində Braziliya, Portuqaliya, İspaniya, Kolumbiya və Çexiyada müxtəlif klublara başçılıq edib.
O, Kolumbiyanın U-17, U-18 və U-20 milli komandalarına da rəhbərlik edib. 2020–2022-ci illərdə isə Meksika yığmasının baş məşqçisi vəzifəsində çalışıb.