Mahir Emrelinin komandasının Almaniya Kubokundakı rəqibi bəlli olub
- Dünən, 15:52
- 74
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" klubunun Almaniya Kubokunda rəqibi bəlli olub.
Komanda turnirin I raundunda "RSV Aytraxt 1949" kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma avqustun 17-də təşkil olunacaq.
Qeyd edək ki, Mahir Emreli ötən gün "Kayzerslautern" ilə 3 illik müqavilə bağlayıb.